Prokuror Aşıq Namiqə qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxslərin həbsini istəyib

Prokuror Aşıq Namiqə qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxslərin həbsini istəyib Bakı. 2 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rəşad Babayev və Elnur Həsənovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
2 May , 2018 14:27
Prokuror Aşıq Namiqə qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxslərin həbsini istəyib

Bakı. 2 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rəşad Babayev və Elnur Həsənovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında R.Babayevin 8 il, E.Həsənovun isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. O, hər iki şəxsin məhkəmə zalında həbs olunmasını tələb edib.

İttiham aktına əsasən, Nərimanov rayonu ərazisində yerləşən "BestComp Group" firmasında sürücü işləyən Rəşad Babayev tanışı Elnur Həsənovla əlbir olub həmin firmanın satış meneceri Elçin Məmmədovu aldadaraq 2015-ci il avqustun 18-də həmin firmaya məxsus 34 min 400 manat dəyərində olan 70 ədəd HP markalı kompüterləri satmaq üçün müştəriləri olduğunu deyib. Onlar anbardan R.Babayevin adından kompüterlərin çıxarılmasına nail olublar. Həmin malları başqa mağazaya sataraq şirkətin pulunu dələduzluq yolu ilə ələ keçiriblər.

Bundan başqa, hər iki təqsirləndirilən şəxs 2014-2015-ci illərdə Aqil Məmmədovun 70 min 550 manat, Namiq Hüseynovun 54 min 500 manat və Habil Hənifəyevin 53 min 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilirlər.

İttihamda qeyd olunub ki, R.Babayevlə E.Həsənov həmin şəxslərə ucuz kompüter satacaqlarını vəd edərək onları aldadıblar.

Hər iki təqsirləndirilən şəxsin barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Xatırladaq ki, zərərçəkmiş şəxslərdən biri tanınmış aşıq Namiq Fərhadoğludur. Onun özü də məhkəmənin hazırlıq iclasında iştirak edib.

Son xəbərlər

Orphus sistemi