Prokuror anasının tanışını bıçaqlayan 15 yaşlı gəncə cəza istəyib

Prokuror anasının tanışını bıçaqlayan 15 yaşlı gəncə cəza istəyib Məhkəmənin növbəti iclası noyabrın 21-nə təyin edilib
Hadisə
12 Noyabr , 2018 17:31
Prokuror anasının tanışını bıçaqlayan 15 yaşlı gəncə cəza istəyib
0 : 00
0 : 00

Bakı. 12 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən 2003-cü il təvəllüdlü Əli Qasımovun (ad və soy ad şərtidir) cinayət işi üzrə növbəti məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Prokuror çıxışında onun 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası noyabrın 21-nə təyin edilib.

İttiham aktına əsasən, Bakı şəhərində yaşayan Ə.Qasımovun valideynləri ayrılıb. O, atası ilə əlbəyaxa dava edən anasının tanışı Qurban Qarayevin kürək nahiyyəsindən bir neçə zərbə endirib.

Belə ki, Q.Qarayev hadisə günü Ə.Qasımovun anasının yaşadığı evə gəlib. Bu zaman Ə.Qasımovun atası da evdə olub. Həmin şəxslərin aralarında mübahisə yaranıb.

Məhkəmədə sərbəst ifadə verən Ə.Qasımov əməlini etiraf edib və özünü təqsirli bilib.

Qeyd edək ki, 15 yaşlı Ə.Qasımovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi