Postda avtobus sürücüləri polisin “saxla” tələbinə tabe olmayıb

Postda avtobus sürücüləri polisin “saxla” tələbinə tabe olmayıb İyunun 18-i saat 08-dən 19-u saat 08-dək olan müddətdə Bakı-Qazax yolunun 65-ci kilometrliyində, Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində xüsusi karantin rejimi ilə əlaqədar qurulan postda polis əməkdaşlarının “saxla” tələbinə tabe olmayıb hərəkətini davam etdirən 4 sərnişin avtobusları saxlanılaraq müvəqqəti duracağa yerləşdirilib.
Hadisə
782
20 İyun , 2020 12:49
Postda avtobus sürücüləri polisin “saxla” tələbinə tabe olmayıb

İyunun 18-i saat 08-dən 19-u saat 08-dək olan müddətdə Bakı-Qazax yolunun 65-ci kilometrliyində, Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində xüsusi karantin rejimi ilə əlaqədar qurulan postda polis əməkdaşlarının “saxla” tələbinə tabe olmayıb hərəkətini davam etdirən 4 sərnişin avtobusları saxlanılaraq müvəqqəti duracağa yerləşdirilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, sürücülər və 52 sərnişin barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilib.

Sürücülər polis əməkdaşlarına tabesizlik göstərdiyinə görə Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi