Yuxarı

​Portuqaliya vətəndaşının “Bank Respublika”dakı hesabından 22 min dollar oğurlanıb

Zərərçəkən şəxs Bakıda yerləşən xarici şirkətlərdən birində mühəndis işləyir

Bakı. 24 oktyabr. REPORT.AZ/ Bakıda çalışan 37 yaşlı Markos Cenin adlı Portuqaliya vətəndaşına qarşı internet vasitəsi ilə dələduzluq edilib.

“Report” xəbər verir ki, onun “Bank Respublika”da adına olan hesabından 22 min ABŞ dolları onlayn fırıldaqçılıq yolu ilə oğurlanıb.

Portuqaliya vətəndaşı üzləşdiyi hadisə ilə bağlı polisə müraciət edib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, zərərçəkən şəxs Bakıda yerləşən xarici şirkətlərdən birində mühəndis işləyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi