Həbs edilən polkovnik azadlığa buraxılıb

Həbs edilən polkovnik azadlığa buraxılıb Həbs edilən Aprel döyüşlərinin iştirakçısı polkovnik Qadir Vəlişov azadlığa buraxılıb.
Hadisə
16 Dekabr , 2019 12:03
Həbs edilən polkovnik azadlığa buraxılıb

Həbs edilən "Aprel döyüşləri"nin iştirakçısı polkovnik Qadir Vəlişov azadlığa buraxılıb.

"Report" xəbər verir ki, bu barədə Qarabağ qazisi Rey Kərimoğlu bildirib.

"Polkovnik Vəlişovun oğlu zəng etmişdi və dediyinə görə prokurorluğun verdiyi vəsatətlə polkovnik Vəlişov Qadir azadlığa buraxılıb", - o deyib.

Qeyd edək ki, Q.Vəlişov Beyləqan rayonunda 13 hektar torpaq sahəsi və ferma üstündə yaranmış mübahisəyə görə tutulmuşdu. Faktla əlaqədar Beyləqan Rayon Polis Şöbəsində (RPŞ) Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi