Polis parkda özünü asan qadının həyatını xilas edib

Polis parkda özünü asan qadının həyatını xilas edib O, hərəkətindən peşman olduğunu bildirib
Hadisə
1 Fevral , 2017 17:05
Polis parkda özünü asan qadının həyatını xilas edib

Bakı. 1 fevral. REPORT.AZ/ Bakıda 32 yaşlı qadın intihara cəhd edib.

"Report"un xəbərinə görə, hadisə Səbail rayonunda baş verib.

Belə ki, Badamdar qəsəbəsindəki parklardan birində 1985-ci il təvəllüdlü Nərgiz Atayeva intihar etmək məqsədi ilə özünü iplə ağacdan asıb. Lakin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən intiharın qarşısı alınıb.

N.Atayeva polisə verdiyi ifadəsində hərəkətindən peşman olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi