Polisin saxladığı avtomobildən silah-sursat götürülüb

Polisin saxladığı avtomobildən silah-sursat götürülüb Mayın 22-də saat 16 radələrində Bakı şəhər sakini E.Həsənovun idarə etdiyi “Tofaş” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb
Hadisə
24 May , 2021 13:39
Polisin saxladığı avtomobildən silah-sursat götürülüb

Mayın 22-də saat 16 radələrində Bakı şəhər sakini E.Həsənovun idarə etdiyi “Tofaş” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Avtomobilə baxış zamanı çoxsaylı səs-siqnal quraşdırılması müəyyən edilmiş, habelə 1 ədəd balta, 1 ədəd “Draqon” markalı ov tüfəngi, 14 ədəd patron, 1 ədəd “Jenix” markalı göz yaşardıcı qaz balonu, 1 ədəd elektroşoker və 8 büküm narkotik vasitə aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi