"Polisin gənc dostları" heyəti yaradılır

"Polisin gənc dostları" heyəti yaradılır Lənkəran. 26 aprel. REPORT.AZ/ Lənkəran Şəhər Rayon Polis Şöbəsi gənclərlə birgə layihəyə start verib.
Hadisə
26 Aprel , 2018 11:54
Polisin gənc dostları heyəti yaradılır
Report

Lənkəran. 26 aprel. REPORT.AZ/ Lənkəran Şəhər Rayon Polis Şöbəsi gənclərlə birgə layihəyə start verib.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə "Polisin yaranmasının 100 illiyinə həsr olunan xüsusi layihə"- nin məqsədi rayon ərazisində ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunmasında gənc nəslin fəallığının artırılmasıdır. Eyni zamanda cəmiyyətdə polisə qarşı etimad və sevgi prinsiplərinin gücləndirilməsindən ibarətdir. Həmçinin layihə çərçivəsində özünümüdafiə idman növünün Lənkəran rayonunda inkişaf dayanılıqlığının təmin edilməsi perespektiv olaraq hədəflənir.

Marifləndirici tədbirlər orta, orta -ixtisas məktəbləri və ali təhsil müəssisələrində həyata keçirilən layihə çərçivəsində fəal gənclərdən ibarət "polisin gənc dostları" heyəti yaradılır. Orta məktəblərdə "Polis uşaqların gözü ilə" mövzusunda inşa yazı müsabiqəsi keçirilir. Yeniyetmə və gənclərin pis vərdişlərdən və narkomaniya bəlasından qorumaq üçün idman və bədəb tərbiyəsinin nəzəri və praktiki təbliği istiqamətində tədbirlər həyata keçirilir. Bu məqsədlə polis əməkdaşları ilə birgə Azərbaycan Aikido Federasiyası instruktorları da aikido idman növü üzrə təlimlərlə layihəyə dəstək verirlər.

Layihə mayın 25-dək davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi