Polis Xocavənddən avtomobil ehtiyat hissəsi aparmaq istəyən şəxsləri saxlayıb

Polis Xocavənddən avtomobil ehtiyat hissəsi aparmaq istəyən şəxsləri saxlayıb Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazilərində nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
Hadisə
195
20 Noyabr , 2021 10:21
Polis Xocavənddən avtomobil ehtiyat hissəsi aparmaq istəyən şəxsləri saxlayıb

Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazilərində nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri ilə Binə kəndi ərazisindəki stasionar postda “VAZ” markalı avtomobil saxlanılıb.

Yoxlamalar zamanı sürücü Ələsgər Mahmudov və sərnişini Şəmistan Süleymanovun müvafiq icazələrinin olmadığı müəyyən edilib.

Həmçinin nəqliyyat vasitəsinə baxış keçirilib, bu zaman yük yerindən avtomobil ehtiyat hissəsi və məişət əşyaları aşkar edilib.

Fatla bağlı Xocavənd RPŞ-də araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi