Polis Xaçmazda əməliyyat keçirib, saxlanılanlar var

Polis Xaçmazda əməliyyat keçirib, saxlanılanlar var “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər
Hadisə
194
4 Sentyabr , 2021 10:11
Polis Xaçmazda əməliyyat keçirib, saxlanılanlar var

“Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbovun "Report"a verdiyi məlumata görə, Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Əlsafa Hüseynov saxlanılıb.

Həmin şəxsin yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman ümumi çəkisi 60 kiloqrama yaxın yaş vəziyyətdə əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisi və ümumi çəkisi 7 kiloqramdan çox olan marixuana aşkar olunaraq götürülüb.

Bundan başqa RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı rayon sakini Zahid Tahirov saxlanılıb. Həmin şəxsin yaşadığı evə baxış keçirilən zaman 22 ədəd kibrit qutusunda marixuana, 42 ədəd bükümdə heroin, “patı” “şüşə” adlanan narkotik vasitə metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi