Polis və DTX Astarada birgə əməliyyat keçirib

Polis və DTX Astarada birgə əməliyyat keçirib Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
6 May , 2017 13:01
Polis və DTX Astarada birgə əməliyyat keçirib

Bakı. 6 may. REPORT.AZ/ Astara Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Rayon Şöbəsi əməkdaşları birgə əməliyyat keçirib.

“Report” DİN-in rəsmi saytına istinadən xəbər verir ki, əməliyyat tədbirləri nəticəsində mayın 5-də rayonun Təngərüd və Vaqo kəndərindəki 5 evə baxış zamanı oradan yayılması qanunla qadağan olunmuş ümumilikdə 365 ədəd dini təyinatlı ədəbiyyat və 13 ədəd CD aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi