Polis qanunsuz narkotik dövriyyəsinə qarşı əməliyyatlar keçirib

Polis qanunsuz narkotik dövriyyəsinə qarşı əməliyyatlar keçirib Daxili işlər orqanları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirib
Hadisə
5 Fevral , 2021 11:20
Polis qanunsuz narkotik dövriyyəsinə qarşı əməliyyatlar keçirib

Daxili işlər orqanları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş Q.Baladadaşovun ətrafında əməliyyat tədbirləri aparılıb.

Əməliyyat nəticəsində ondan narkotik vasitəni götürmüş Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş F.Baxşəliyev və Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş N.Hüsiyev müəyyən edilərək saxlanılıblar.

Davam etdirilən tədbirlərlə F.Baxşəliyevdən 19 qram, yaşadığı evdən 2 kiloqram 102 qram metamfetamin, 1 kiloqram 258 qram heroin, 39 qram tiryək, 25 qram marixuana, 70 ədəd metadon həbi, N.Hüsiyevdən isə 10 qram metamfetamin, yaşadığı evdən 590 qram heroin aşkar edilərək götürülüb.

Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən F.Hüseynov saxlanılıb.

Şəxsi axtarış zamanı üzərindən və yaşadığı Şorabad qəsəbəsindəki evin həyətindən 600 qram heroin aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi