Polis: Qadına zorakılıq edilməsi ilə bağlı yayılan iddialar əsassızdır

Polis: Qadına zorakılıq edilməsi ilə bağlı yayılan iddialar əsassızdır “Sosial şəbəkələrdə Nizami rayonu Qara Qarayev prospektində mülki şəxslər tərəfindən qadına qarşı zorakılıq edilməsi ilə bağlı yayılan iddialar əsassızdır”. 
Hadisə
1848
15 Avqust , 2020 12:48
Polis: Qadına zorakılıq edilməsi ilə bağlı yayılan iddialar əsassızdır

“Sosial şəbəkələrdə Nizami rayonu Qara Qarayev prospektində mülki şəxslər tərəfindən qadına qarşı zorakılıq edilməsi ilə bağlı yayılan iddialar əsassızdır”. 

Bu barədə "Report"un sorğusuna cavab olaraq, Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, hər hansı cinayət xarakterli fakt qeydə alınmayıb.

Qeyd edək ki, sosial şəbəkələrdə dünən axşam saatlarında Nizami rayonu Qara Qarayev prospektində yaşayan qadına zorakılıq edilməsi ilə bağlı məlumatlar yayılıb.

Orphus sistemi