Xızıda oğluna toy məclisi təşkil edən şəxs cərimələndi

Xızıda oğluna toy məclisi təşkil edən şəxs cərimələndi Xızıda karantin qaydalarını pozaraq toy məclisi təşkil edən şəxslər məsuliyyətə cəlb olundular
Hadisə
5 Aprel , 2021 11:09
Xızıda oğluna toy məclisi təşkil edən şəxs cərimələndi

Xızıda karantin qaydalarını pozaraq toy məclisi təşkil edən şəxslər məsuliyyətə cəlb olunublar.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan məlumat verilib.

Bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı rayonun Yaşma kənd sakini Mirsəftər Camalovun həyətində karantin rejiminin qaydalarını pozaraq oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.

Xızı RPŞ-nin əməkdaşları tərəfindən həmin məclisin təşkilatçısına və orada iştirak edənlərə bir daha karantin rejiminin qaydaları izah olunub. 10 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib və həmin şəxslər məsuliyyətə cəlb olunublar.

Son xəbərlər

Orphus sistemi