​Polis Nardaranda əməliyyat keçirib, saxlanılan var

​Polis Nardaranda əməliyyat keçirib, saxlanılan var Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
25 Dekabr , 2015 15:35
​Polis Nardaranda əməliyyat keçirib, saxlanılan var

Bakı. 25 dekabr. REPORT.AZ/ Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları Nardaran qəsəbəsində əməliyyat keçirib. “Report” xəbər verir ki, Nardaran qəsəbəsi, Abşeron küçəsindəki evdə yaşayan Akif Nuriyevin evindən 5 ədəd patron, ov tüfəngi üçün 39 ədəd dolu patron, 8 ədəd boş patron, 9 ədəd patron doldurmaq üçün alət və vasitələr, ov tüfənginə məxsus 3 ədəd yarımkəsilmiş patron, 2 qutu barıt, 1 qutu alışdırıcı piston və 1 ədəd cib bıçağı aşkarlanıb.

A.Nuriyev saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi