Polis metropolitendə reyd keçirib

Polis metropolitendə reyd keçirib Koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə metrodan istifadə edən sərnişinlər arasında profilaktik tədbirlər davam etdirilir.
Hadisə
298
27 Yanvar , 2022 11:23
Polis metropolitendə reyd keçirib

Polis metropolitendə kütləvi maarifləndirmə tədbirləri keçirib, inzibati cəza protokolu tərtib olunmayıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən Bakı metropoliteninin ayrı-ayrı stansiyalarında sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şərnişinlərlə profilaktiki söhbətlər aparılıb. Tədbir çərçivəsində qaydalara əməl etməyən şəxslər barəsindən inzibati cəza protokolu tərtib olunmayıb.

Metropolitenində polis şöbəsinin və inzibati ərazilərdə xidmətə cəlb olunan əməkdaşlardan ibarət naryad qrupları tibbi maskadan düzgün istifadə etməyən, polis gördükdə dərhal “maskadan istifadə edirəm, maskam var” deyən şəxslərə koronavirus infeksiyasının fəsadları izah olunub.

Profilaktiki tədbirlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi