Yuxarı
    Bağlamaq

    Polis metroda cibgirlik edən dəstə üzvlərini tutub

    Şəkillərdəki şəxslərin əməllərindən zərərçəkənlər polisə müraciət edə bilərlər

    Bakı. 9 oktyabr. REPORT.AZ/ Vətəndaş R.Quliyeva “28 May” stansiyasında “Samsung J5” markalı telefonunun oğurlanması ilə bağlı polisə müraciət edib. 

    Daxili İşlər Nazirliyindən “Report”a verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkumluq həyatı yaşayan, paytaxtın Nizami rayon sakini Kənan İsmayılov “Neftçilər” stansiyasının yaxınlığında saxlanılıb.

    K.İsmayılov tutarlı faktlar və videogörüntülərdən sonra əməlini etiraf edib. Məlum olub ki, o, bu əməli bir neçə nəfərlə həyata keçirib.

    Videogörüntülərin köməyi ilə dəstənin digər üzvləri-əvvəllər Cinayət Məcələsinin müxtəlif maddələri ilə məhkum olunan, Nizami rayonunda yaşayan Hikmət Yusubov sentyabrın 29-da, əvvəllər məhkum olunan Bərdə rayon sakini Fəqan Qafarov oktyabrın 4-də, dəstənin başçısı, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamış, Bərdə rayon sakini Möhübbət Əliyev oktyabrın 5-də Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin və Metopolitendə Polis Şöbəsi əməkdaşları tərərfindən tutulublar.

    Təqsirləndirilən şəxslərin ətrafında aparılan araşdırmalar zamanı o da məlum olub ki, onlar ötən müddət ərzində Bakı şəhərində müxtəlif cinayətlər törədiblər.

    Şəkillərdəki şəxslərin əməllərindən zərərçəkənlər polisə müraciət edə bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi