Azərbaycanda polis intihara cəhd edən şəxsin həyatını qurtarıb

Azərbaycanda polis intihara cəhd edən şəxsin həyatını qurtarıb Faktla bağlı araşdırma aparılır
Hadisə
14 Dekabr , 2015 12:22
Azərbaycanda polis intihara cəhd edən şəxsin həyatını qurtarıb

Bakı. 14 dekabr. REPORT.AZ/ Zaqatala rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama yerində intihara cəhd hadisəsi baş verib. “Report”un xəbərinə görə, barəsində Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) maddəsi ilə istintaq aparılan rayon sakini Mübariz İsayev üzqırxanla özünə xəsarətlər yetirib. Polislərin vaxtında müdaxiləsi və həkimlərin səyi nəticəsində M.İsayevin həyatı xilas edilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, M.İsayev əvvəllər də məhkum olunub. Sonuncu dəfə o, bu ilin avqust ayında tutulub. Belə ki, rayon sakini Nila Voytenko evinə gələn naməlum şəxsin 700 manatını oğurladığını və qonağı Mesed Qazıyevanı döydüyünü bildirib. Hadisəni törədən M.İsayev tutulub.

Son xəbərlər

Orphus sistemi