Polis əməliyyat keçirdi, saxlanılanlar var

Polis əməliyyat keçirdi, saxlanılanlar var Bakı şəhər, Qazax və Füzuli rayon sakinlərindən narkotik vasitə aşkarlanıb.
Hadisə
1 Aprel , 2020 12:07
Polis əməliyyat keçirdi, saxlanılanlar var

Bakı şəhər, Qazax və Füzuli rayon sakinlərindən narkotik vasitə aşkarlanıb. 

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini S.Məmmədov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

Bundan başqa, Qazax Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini P.Hüseynov saxlanılıb. 

Şəxsi axtarış zamanı ondan 420 qram marixuana aşkar edilərək götürülüb.

Həmçinin Füzuli RPŞ-nin əməkdaşları tərəfindən Aşağı Yağlıvənd kəndi ərazisində sellofan torbanın içərisində çəkisi 1 kiloqramdan artıq marixuana tapılıb.

Son xəbərlər

Orphus sistemi