Polis əməliyyat keçirdi, 33 kq-dan artıq narkotik götürüldü

Polis əməliyyat keçirdi, 33 kq-dan artıq narkotik götürüldü Daxili İşlər Nazirliyi (DİN) əməkdaşları bir neçə əməliyyat keçirib, saxlanılanlar var.
Hadisə
15 Yanvar , 2021 12:11
Polis əməliyyat keçirdi, 33 kq-dan artıq narkotik götürüldü

Daxili İşlər Nazirliyi (DİN) əməkdaşları bir neçə əməliyyat keçirib, saxlanılanlar var.

Bu barədə "Report"a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Rüstəmov Xətai rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 100 qram heroin aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə 25 kq 286 qram heroin, 5 kq 156 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Bundan başqa, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Ağabəyov Sumqayıt şəhəri ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 3 kq 510 qram heroin aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi