Polis əməkdaşlarına atəş açan şəxsə 17 il həbs cəzası verilib

Polis əməkdaşlarına atəş açan şəxsə 17 il həbs cəzası verilib Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
Hadisə
11 Mart , 2016 12:36
Polis əməkdaşlarına atəş açan şəxsə 17 il həbs cəzası verilib

Bakı. 11 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində polis əməkdaşlarını öldürməyə cəhddə təqsirləndirilən 1989-cu il təvəllüdlü Elvin Məmmədovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Məmmədov 17 il müddətinə azadlqıdan məhrum edilib.

Qeyd edək ki, Elvin Məmmədov əvvəllər oğurluq hadisəsi törətdiyi üçün Səbail Rayon Məhkəməsinin qərarı ilə 3 il 11 ay 28 gün müddətinə şərti cəza alıb. Hökmlə razılaşmayan prokurorluq protest verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən onun barəsində seçilmiş şərti cəza həbs qətimkan tədbiri ilə dəyişdirilib.

İttiham aktına əsasən, E.Məmmədov 2015-ci ildə növbəti dəfə cinayət törətməyə cəhd edərkən isə onu tutmaq istəyən Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına atəş açıb.

Son xəbərlər

Orphus sistemi