Yuxarı

​Bakı metrosunda sərxoş sərnişin polis əməkdaşına xəsarət yetirib

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır

Bakı. 13 noyabr. REPORT.AZ/ Bakı Metropolitenin "28 May" stansiyasında sərxoş sərnişinlə polis əməkdaşı arasında insident baş verib.

"Report"un xəbərinə görə, Bakı sakini 1982-ci il təvəllüdlü İnqilab Bədəlov sərxoş halda metroda gediş qaydalarını pozub və xidmətdə olan polis serjantı 1984-cü il təvəllüdlü Elçin Xalıqovun qanunu tələblərinə məhəl qoymayıb. Sərxoş sərnişin polis əməkdaşını nalayiq söyüşlərlə təhqir edib. Bundan sonra İ.Bədəlov E.Xalıqovun sifətinə yumruqla vuraraq ona xəsarət yetirib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi