Polis Bakıda piyadaların hərəkətinə yaradılan maneəni aradan qaldırıb - FOTO

Polis Bakıda piyadaların hərəkətinə yaradılan maneəni aradan qaldırıb - FOTO Sosial şəbəkələrdə Nizami rayonu, metronun“Neftçilər” stansiyasının həndəvərində yaşayan bir qrup sakin müraciət edərək, ərazidə yolun bağlanması ilə bağlı məlumat yayıb.
Hadisə
31 İyul , 2019 12:07
Polis Bakıda piyadaların hərəkətinə yaradılan maneəni aradan qaldırıb - FOTO

Sosial şəbəkələrdə Nizami rayonu, metronun“Neftçilər” stansiyasının həndəvərində yaşayan bir qrup sakin müraciət edərək, ərazidə yolun bağlanması ilə bağlı məlumat yayıb.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətin rəisi, polis mayoru Elşad Hacıyev “Report”un sorğusuna cavab olaraq bildirib ki, həmin ərazidə yaşayan sakinlərdən daxil olan foto-yazılı müraciətdə əksini tapanlar BŞBPİ-nin İctimai Təhlükəsizlik və Nizami Rayon Polis İdarəsinin birgə keçirdiyi tədbirlərlə aradan qaldırılıb:

“Piyada yolunun bağlanması, piyadaların hərəkətinə mane yaradılması ilə müşayət olunan hallar tam aradan aradan qaldırılıb, gələcəkdə də təkrarlanmaması üçün zəruri tədbirlər diqqətdə saxlanılır”.

Son xəbərlər

Orphus sistemi