Yuxarı
    Bağlamaq

    Polis Bakı metrosunda itirdiyi pulqabı və sənədləri turistə təhvil verib

    Niderland vətəndaşı mobil telefonunda olan bələdçi proqramının köməkliyi ilə Bakı Şəhər Baş Polis İdarəsinə gedib

    Bakı. 24 iyun. REPORT.AZ/ Niderland vətəndaşı Vilhelm Yakobs Bakı Metropolitenində pulqabısını itirməsi barədə iyunun 22-də Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edib. 

    DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, turist heç kimi tanımadığı ölkədə bütün sənədlərini itirdiyindən köməksiz vəziyyətə düşdüyü anda yardım üçün polisə müraciət etməyi qərara alıb. Bu məqsədlə mobil telefonunda olan bələdçi proqramının köməkliyi ilə Bakı Şəhər Baş Polis İdarəsinə gəlib çıxdığını bildirib.

    Xarici dilləri sərbəst bilən polis əməkdaşları onun içərisində pulu, bir neçə xarici bank kartları, sənədləri və özünə məxsus digər əşyaları olan pulqabısını metronun "28 May" stansiyasından çıxarkən üzərində aşkar etməməsini müəyyən ediblər. Bu barədə Metropolitendə Polis Şöbəsinə məlumat verilib və onu aidiyyəti üzrə Polis Şöbəsinə gətiriblər. Bundan sonra metronun "Azadlıq" stansiyasında xidmətdə olan polis əməkdaşları platformada əcnəbi vətəndaşa məxsus pulqabının tapılması barədə şöbə rəhbərliyinə məlumat verərək sahibi tapılmadığından onu təhvil veriblər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi