Polis Akademiyasının tələbələri arasında dava düşüb, kursantlardan biri bıçaqlanıb

Polis Akademiyasının tələbələri arasında dava düşüb, kursantlardan biri bıçaqlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
308
26 Oktyabr , 2016 15:49
Polis Akademiyasının tələbələri arasında dava düşüb, kursantlardan biri bıçaqlanıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ Bakının Xəzər rayonunda Polis Akademiyasının 3-cü kurs tələbələri arasında mübahisə zamanı bir nəfər bıçaqlanıb.

"Report"un məlumatına görə, dava küçədə olub.

Belə ki, Mərdəkan qəsəbəsi Yesenin küçəsi 5 ünvanın qarşısında Polis Akademiyasının 3-cü kurs tələbələri 1997-ci il təvəllüdlü Coşqun Əliyev ilə 1996 ci- il təvəllüdlü Rəşad Məmmədov arasında mübahisə düşüb. Mübahisə zamanı C.Əliyev qrup yoldaşı R.Məmmədova bıçaqla xəsarət yetirib. R.Məmmədov Arif Heydərov adına Respublika Hospitalına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi