Piyadanın ölümündə təqsirləndirilən evakuator sürücüsünün məhkəməsi başlayır

Piyadanın ölümündə təqsirləndirilən evakuator sürücüsünün məhkəməsi başlayır Şirvanda yol qəzası zamanı piyadanın ölümündə təqsirləndirilən Bilal Bağırovun ibtidai istintaqı yekunlaşıb.
Hadisə
27 İyul , 2022 09:10
Piyadanın ölümündə təqsirləndirilən evakuator sürücüsünün məhkəməsi başlayır

Şirvanda yol qəzası zamanı piyadanın ölümündə təqsirləndirilən Bilal Bağırovun ibtidai istintaqı yekunlaşıb.

"Report" xəbər verir ki, iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əli Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələ məlum deyil.

Qeyd edək ki, hadisə bu ilin martında Salyan rayonunun Qarabağlı kəndi ərazisindən keçən hissəsədə qeydə alınıb.

Belə ki, Şirvan şəhər sakini Bağırov Bilal Ramil oğlunun idarə etdiyi evakuator hələ ki, şəxsiyyəti məlum olmayan piyadanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

B.Bağırova qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi