Bakıda qadının ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

Bakıda qadının ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Elnur Əmrəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
6 Sentyabr , 2019 15:38
Bakıda qadının ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Elnur Əmrəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Hakim Vüsal Qurbanovun icraatında olan iş üzrə hazırlıq iclası sentyabrın 16-da keçiriləcək.

Qeyd edək ki, hadisə Nərimanov rayonunun Z.Bünyadov prospektində baş verib. Bakı şəhər sakini E.Əmrəliyev idarə etdiyi "Toyota" markalı avtomobillə hərəkətdə olan zaman yolu keçmək istəyən piyada Püstə Cəfərovanı vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

E.Əmrəliyevə Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi