Bakıda piyadanı avtomobillə vuraraq qaçan sürücünün ibtidai istintaqı yekunlaşıb

Bakıda piyadanı avtomobillə vuraraq qaçan sürücünün ibtidai istintaqı yekunlaşıb Bakı. 23 fevral. REPORT.AZ/ Bakıda piyadanı avtomobillə vuraraq qaçan sürücü Tural İsmayılovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Hadisə
23 Fevral , 2019 18:19
Bakıda piyadanı avtomobillə vuraraq qaçan sürücünün ibtidai istintaqı yekunlaşıb

Bakı. 23 fevral. REPORT.AZ/ Bakıda piyadanı avtomobillə vuraraq qaçan sürücü Tural İsmayılovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

"Report"un xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elnur Nuriyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ötən il dekabrın 12-də Bakının Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsində baş verib.

Belə ki, T.İsmayılov idarə etdiyi "Mercedes" markalı avtomobillə avtobusdan düşüb yolu keçmək istəyən piyada, 22 yaşlı İlkin Zamanovu vurub.

Zərbənin təsirindən piyada bir neçə metr kənara düşüb. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib, sürücü isə idarəetməni itirərək avtomobili işıq dirəyinə çıpıb. Dirək yerindən qoparaq aşıb. T.İsmayılov qəzadan sonra ərazidən qaçıb. O, daha sonra həbs olunub.

Son xəbərlər

Orphus sistemi