Piyadanı bıçaqlayan sürücünün cinayət işi üzrə ibtidai istintaq başa çatıb

Hadisə
  • 25 dekabr, 2021
  • 04:45
Piyadanı bıçaqlayan sürücünün cinayət işi üzrə ibtidai istintaq başa çatıb

Piyadanı bıçaqlamaqda təqsirləndirilən Müşfiq Əsədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, işə baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Cəlil Nəbiyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik təyin edilməyib.

Qeyd edək ki, oktyabrın 12-i saat 18 radələrində Füzuli rayonu ərazisində 1994-cü il təvəllüdlü Ceyhun Quliyevə bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla rayon sakini, 1988-ci il təvəllüdlü M.Əsədovun aralarında yaranmış mübahisə zamanı C.Quliyevin üzərinə avtomobillə hərəkət edərək sonuncunu vurması, daha sonra bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Füzuli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.

M.Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti