Yuxarı

Piyadanı avtomobillə vuraraq qaçan sürücü 20 gün sonra tapılıb

Faktla bağlı araşdırmalar davam etdirilir

Bakı. 4 mart. REPORT.AZ/ Bakı sakinini avtomobillə vuraraq hadisə yerindən qaçan sürücü 20 gün sonra tapılıb. “Report”un xəbərinə görə, bu barədə məlumatı Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı yayıb.

Məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 12-də Sacıdə Abdulun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin “VAZ-21053” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Ədalət Bayramov tərəfindən törədilməsi müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi