Pirşağıda adam bıçaqlayan şəxsə hökm oxunub

Pirşağıda adam bıçaqlayan şəxsə hökm oxunub Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Abbasqulu Səfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hadisə
24 İyul , 2019 16:19
Pirşağıda adam bıçaqlayan şəxsə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Abbasqulu Səfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əliövsəd Abasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, A.Səfərov 6 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 126.2.4. (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə təqsirli bilinib.

Qeyd edək ki, hadisə bu ilin fevral ayında baş verib. 19 yaşlı Sultanov Eldar Rasim oğlu bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Xəstəxanada onu dindirən polisə yalan məlumat verərək özü özünü bıçaqladığını deyən Eldarın əslində Pirşağı qəsəbəsində tanışı Abbasqulu Səfərov tərəfindən bıçaqlandığı məlum olub.

Ona Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi