Pirallahıda gənc oğlanın qətli ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB

Pirallahıda gənc oğlanın qətli ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB İyunun 15-də saat 02 radələrində Pirallahı rayonunda 2003-cü il təvəllüdlü Murad Zaur oğlu Qafarzadənin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Hadisə
15 iyun 2023 03:47
Pirallahıda gənc oğlanın qətli ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB

İyunun 15-i saat 2 radələrində Pirallahı rayonu ərazisində 2003-cü il təvəllüdlü Murad Qafarzadənin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Pirallahı Rayon Prokurorluğundan "Report"a verilən məlumata görə, aparılmış araşdırmalarla 1981-ci il təvəllüdlü Ramil Niftəliyevin aralarında yaranmış mübahisə zamanı Murad Qafarzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Pirallahı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ramil Niftəliyev prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

04:04

İyunun 15-də saat 2 radələrində Pirallahı rayonunda 2003-cü il təvəllüdlü Murad Zaur oğlu Qafarzadənin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən bildirilib.

Cinayət əməlini törətməkdə rayonun qəsəbə sakini, 1981-ci il təvəllüdlü Ramil Vaqif oğlu Niftəliyev şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi