Pirallahı sakinindən narkotik götürüldü

Pirallahı sakinindən narkotik götürüldü Bakı şəhər sakinində narkotik vasitə aşkarlanıb.
Hadisə
111
22 İyun , 2020 10:00
Pirallahı sakinindən narkotik götürüldü
Report

Bakı şəhər sakinində narkotik vasitə aşkarlanıb.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Pirallahı rayonu ərazisində qeydə alınıb.

Belə ki, Pirallalı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin rayonun qəsəbə sakini, 1985-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin 234-cü (narkotik) maddəsi ilə məhkum olunmuş Vasif Abdullayev saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman 107 qram marixuana və qəsəbə ərazisində yerləşən tikilidə gizlətdiyi 1 kq 885 qram marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi