Peyk antenini düzəldən kişi 3-cü mərtəbədən yıxıldı

Peyk antenini düzəldən kişi 3-cü mərtəbədən yıxıldı Bakıda 34 yaşlı kişi yaşadığı evin eyvanından yıxılaraq ağır xəsarət alıb.
Hadisə
23 Fevral , 2020 07:11
Peyk antenini düzəldən kişi 3-cü mərtəbədən yıxıldı

Bakıda 34 yaşlı kişi yaşadığı evin eyvanından yıxılaraq ağır xəsarət alıb.

“Report” xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Məmmədhüseyn Şəhriyar küçəsi 3 ünvanında qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Məmmədov Zaur Rafiq oğlu yaşadığı evin eyvanında peyk antenini düzəldən zaman ehtiyatsızlıqdan 3-cü mərtəbədən yıxılıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi və sol topuğun sınığı diaqnozu qoyulub. Hazırda müalicəsi həkim nəzarətində davam etdirilir.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi