​Peterburqda saxta spirtli içki satan iki azərbaycanlı tutulub

​Peterburqda saxta spirtli içki satan iki azərbaycanlı tutulub Onlardan 100 qutu spirtli içki götürülüb
Hadisə
1 Dekabr , 2015 08:21
​Peterburqda saxta spirtli içki satan iki azərbaycanlı tutulub

Bakı. 01 dekabr. REPORT.AZ/ Sankt-Peterburqun çay limanında iki Azərbaycan vətəndaşı saxta spirtli içki satarkən yaxalanıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Şimal-Qərb Federal Dairəsi üzrə Nəqliyyat İdarəsinin mətbuat xidmətinin məlumatında bildirilir.

Şübhəli şəxslər liman ərazisində araq və konyak adı altında hər biri 5 litr olmaqla 20 kanistr spirt tərkibli məhsul satıblar.

Yoxlama zamanı içərisində 100 qutu spirtli içki olan avtomobil aşkar edilib. Onların hər birində ümumi çəkisi 2,5 ton olan 5 spirtli içki kanistri olub. Sözügedən şəxslər məhsula görə hər hansı bir sənəd təqdim edə bilməyiblər.

Qeyd edək ki, spirtli içkinin hamısı müsadirə edilərək tədqiqata göndərilib. Faktla bağlı inzibati qanun pozuntusu haqqında protokol tərtib edilib.

Son xəbərlər

Orphus sistemi