Yuxarı

Ötən il Pentensiar Xidmətin 34 əməkdaşı ədliyyə orqanlarından xaric edilib

Xidmətin kobud qanun pozuntularına yol verən 36 əməkdaş tutduqları vəzifədən azad olunub

Bakı. 3 fevral. REPORT.AZ/ Ötən il vəzifədən sui-istifadə və digər neqativ halların aradan qaldırılmasına yönələn konkret tədbirlər görülüb.

"Report" xəbər verir ki, bunu Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi Mədət Quliyev fevralın 3-də ədliyyə naziri Fikrət Məmmədovun iştirakı ilə Penitensiar Xidmətin 2014-cü ildəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş müşavirədə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ötən il xidmətin kobud qanun pozuntularına yol verən 347 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 36 əməkdaş tutduqları vəzifədən azad olunub, 34 əməkdaş isə ədliyyə orqanlarından xaric ediliblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi