Yuxarı

Penitensiar Xidmət: "Elçin Behbudov xəbərdarlıqlara məhəl qoymur"

Hazırda cəzaçəkmə müəssisələrində monitorinqlərin aparılması üçün ictimai komitə fəaliyyət göstərir

Bakı. 20 yanvar. REPORT.AZ/ Penitensiar Xidmət tərəfindən hüquq müdafiəçisi Elçin Behbudova xəbərdarlıq edilib, amma o buna məhəl qoymur. "Report" xəbər verir ki, bunu jurnalistlərin suallarını cavablandıran Penitensiar Xidmət rəisinin müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov deyib. H.Əlixanovun sözlərinə görə hazırda cəzaçəkmə müəssisələrində monitorinqlərin aparılması üçün ictimai komitə fəaliyyət göstərir:

“Cəzaçəkmə müəssisələrində monitorinq aparılması üçün Ədliyyə Nazirliyi yanında İctimai Komitə fəaliyyət göstərir. Komitə üzvlərinin sayı 11 nəfərdir. Həmin şəxslərə xüsusi vəsiqələr verilir və onlar da həbsxanada monitorinq aparırlar. Şəffaflığın təmin olunması üçün monitorinqlərdə ən azı iki nəfər iştirak etməlidir. Elçin Behbudov təcrübəli hüquq müdafiəçisidir. O, bir müddət bu komitədə fəaliyyət göstərib. Sonra isə Behbudov tərəfindən bu qaydalar pozulub. Bir neçə dəfə ona xəbərdarlıq olunub. Demişik ki, İctimai Komitə ilə birgə monitorinqlərdə iştirak edə bilrəsiz. Amma o, buna məhəl qoymur”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi