Paytaxtın Yasamal rayonu ərazisində dava baş verib

Paytaxtın Yasamal rayonu ərazisində dava baş verib Taksi sürücüsü hadisə yerindən qaçaraq məsuliyyətdən yayınıb
Hadisə
20 Dekabr , 2014 03:30
Paytaxtın Yasamal rayonu ərazisində dava baş verib

Bakı. 20 dekabr. REPORT.AZ/ Yasamal rayonu ərazisində taksi sürücüsü nəqliyyat departamentinin əməkdaşını döyüb.

Yasamal rayon Polis İdarəsi "Report"a verdiyi məlumata görə, hadisə metronun 20 yanvar stansiyasının yaxınlığında Sumqayıtda işləyən taksilərin dayandığı yerdə baş verib. Bakı sərnişin və yük daşıma departamentinin əməkdaşı 27 yaşlı Mirsadıq Həmidov xidməti vəzifəsini yerinə yetirərkən “50 CK 149” dövlət nömrə nişanlı "Opel" markalı nəqliyyat vasitəsini idarə edən taksi sürücüsü Vüsal adlı şəxs tərəfindən döyülüb.

Taksi sürücüsü nəqliyyat işçisini döydükdən sonra hadisə yerindən qaçaraq məsuliyyətdən yayınıb.

M.Həmidov təcili tibbi yardım maşını ilə 1 saylı kliniki tibbi mərkəzə çatdırılıb.Yaralıya ilk tibbi yardım edildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Zərərçəkmiş M.Həmidovun izahatı alınıb.

Polis orqanları nəqliyyat işçisini döyən taksi sürücüsünün axtarışına başlayıb.

Son xəbərlər

Orphus sistemi