Bakının Xətai rayonunda bir nəfəri elektrik cərəyanı vurub

Hadisə
  • 29 iyun, 2016
  • 01:43
Bakının Xətai rayonunda bir nəfəri elektrik cərəyanı vurub

Bakı. 29 iyun. REPORT.AZ/ Bakıda bir nəfəri elektrik cərəyanı vurub. "Report"un məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) saytı məlumat yayıb.

Məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin təhlükəsizlik qaydalarını pozaraq yüksək gərginlikli transformatora yaxınlaşması nəticəsində elektrik cərəyanı vuraraq vəfat edib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 1984-cü il təvəllüdlü Stalistav Aleksandr Sergeyeviçin cəsədini transformatorun qoruyucu mühafizə zolağından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 22:44-də başa çatıb.