Suraxanıda avtomobil yanıb

Suraxanıda avtomobil yanıb Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunub
Hadisə
6 fevral 2015 04:56
Suraxanıda avtomobil yanıb

Bakı. 6 fevral. REPORT.AZ/ Səhər saatlarında Bakının Suraxanı rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilində yanğın baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə nəticəsində avtomobilin idarəetmə lövhəsi, mühərrik hissəsi və qabaq təkərləri yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi