Bakı. 4 fevral. REPORT.AZ/ Bakının Sabunçu rayonunda vətandaşa məxsus birmərtəbəli 4 otaqlı evin 1 otağında 1 ədəd çarpayı və yataq dəsti yanıb.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın axşam saatlarında yanğınsöndürənlər tərəfindən söndürülüb.