Paytaxtda zəncirvari qəza baş verib

Paytaxtda zəncirvari qəza baş verib Bu gecə Bakıda üç avtomobilin iştirakı ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
3 iyun 2020 22:10
Paytaxtda zəncirvari qəza baş verib

Bu gecə Bakıda üç avtomobilin iştirakı ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə “NZS” qəsəbəsində qeydə alınıb.

Zəncirvari qəza nəticəsində 1937-ci il təvəllüdlü Halıqov Ağaşah Ağaməmməd oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona sol gözün küt travması diaqnozu qoyulub. 

Faktla bağlı araşdırma aparılır. 

Orphus sistemi