Paytaxtda yol nişanına məhəl qoymayan sürücü qəza törədib - FOTO

Paytaxtda yol nişanına məhəl qoymayan sürücü qəza törədib - FOTO "Azsamand" markalı maşın "BMW"yə çırpılıb
Hadisə
3 Aprel , 2018 04:09
Paytaxtda yol nişanına məhəl qoymayan sürücü qəza törədib - FOTO
Report

Bakı. 3 aprel. REPORT.AZ/ Bakının Nəsimi rayonu ərazisində yol qəzası baş verib.

“Report” xəbər verir ki, Şamil Əzizbəyov və Topçubaşov küçələrinin kəsişməsində "Azsamand" və "BMW" markalı iki minik maşını toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobil deformasiyaya uğrayıb.

Hadisəyə "Azsamand"ın sürücüsünün yol nişanının tələbinə məhəl qoymayaraq hərəkəti davam etdirməsi səbəb olub. Nəticədə sözügedən maşın "BMW"yə çırpılıb.

Əraziyə YPX əməkdaşları cəlb olunub. Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

Son xəbərlər

Orphus sistemi