Bakıda 1 nəfərin ölümü ilə nəticələnmiş yanğın baş verib

Bakıda 1 nəfərin ölümü ilə nəticələnmiş yanğın baş verib Gülməmməd Gülməmmədov yanaraq vəfat edib
Hadisə
23 Yanvar , 2017 03:01
Bakıda 1 nəfərin ölümü ilə nəticələnmiş yanğın baş verib

Bakı. 23 yanvar. REPORT.AZ/ Paytaxtın Xətai rayonunda 1 nəfərin ölümü ilə nəticələnmiş yanğın hadisəsi baş verib.

"Report"un məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin saytı xəbər verib.

Məlumata görə, rayon ərazisindəki ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 86 m2 olan 4 otaqlı mənzilin 1 otağında 1 ədəd çarpayı və yataq dəsti yanıb. Yanğın nəticəsində 1947-ci təvəllüdlü Gülməmmədov Gülməmməd Feyzulla oğlu yanaraq vəfat edib.

Mənzil yanğından mühafizə olunub. 

Yanğın saat 01:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi