Bakıda polis növbəti nəzarət-profilaktik tədbirlər həyata keçirib

Bakıda polis növbəti nəzarət-profilaktik tədbirlər həyata keçirib Paytaxtda polis, mülki geyimdə avtobuslarda və metroda gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirir.
Hadisə
235
29 Noyabr , 2021 22:53
Bakıda polis növbəti nəzarət-profilaktik tədbirlər həyata keçirib
0 : 00
0 : 00

Paytaxtda polis, mülki geyimdə avtobuslarda və metroda gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirir.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib

"Tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maskalardan) istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılıb, əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunmaqla barələrində inzibati tənbeh tədbirləri tətbiq olunur.

Tədbirlər davam etdirilir. Vətəndaşları qayda və tələblərə əməl etməyə çağırırıq", - nazirlik rəsmisi əlavə edib.

Son xəbərlər

Orphus sistemi