Yuxarı

​Paytaxtda minik avtomobili yanıb

Nəticədə yaxınlıqdakı digər maşına da ziyan dəyib

Bakı. 28 aprel. REPORT.AZ/ Axşam saatlarında Bakının Xətai rayonunda yanğın hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə vətəndaşa məxsus "Geely" markalı minik avtomobili yanıb.

Yüksək temperaturdan yaxınlıqda dayanmış digər vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin arxa hissəsi əriyib. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi