Paytaxtda mənzildə 80 yaşlı qadının meyiti tapılıb

Paytaxtda mənzildə 80 yaşlı qadının meyiti tapılıb Paqarellova Diana Alekseyevnanın cəsədi aidiyyati üzrə təhvil verilib
Hadisə
31 Mart , 2017 22:31
Paytaxtda mənzildə 80 yaşlı qadının meyiti tapılıb
Courtesy İmage

Bakı. 31 mart. REPORT.AZ/ Paytaxtın Səbail rayonunda mənzildən qadın meyiti tapılıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Səbail rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açın və 1937-ci il təvəllüdlü Paqarellova Diana Alekseyevnanın cəsədini aşkar edərək aidiyyati üzrə təhvil veriblər. Əməliyyat saat 20:54-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi