Paytaxtda mebel istehsalı ilə məşğul olan sex yanıb

Paytaxtda mebel istehsalı ilə məşğul olan sex yanıb Nəticədə mebel üçün istifadə olunan materiallar yararsız vəziyyətə düşüb
Hadisə
14 Fevral , 2015 21:11
Paytaxtda mebel istehsalı ilə məşğul olan sex yanıb

Bakı. 14 fevral. REPORT.AZ/ Bakının Binəqədi rayonunda vətəndaşa məxsus mebel istehsalı sexində yanğın olub.

"Report" xəbər verir ki, hadisə nəticəsində sexdə yumşaq mebel üçün istifadə olunan materiallar yanıb və yüksək temperaturdan sexin dəmir konstruksiyalardan ibarət dam örtüyü deformasiyaya uğrayıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Son xəbərlər

Orphus sistemi