Bakı şəhəri, Yasamal rayonunda yaşayış binasının liftində 7 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.
"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə yerinə müvafiq xilasetmə qüvvələri cəlb edilmişdir. Xilasedicilər liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar.
Əməliyyat saat 22:31-də başa çatmışdır.