Bakı. 28 dekabr. REPORT.AZ/ Bakı şəhəri, Sabunçu rayonunda yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.
"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb edilmişdir.
Xilasedicilər liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar.
Əməliyyat saat 05:47-də başa çatmışdır.